Şəki rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 3280 hektar sahədə yazlıq bitkilər əkiblər. Bu barədə Fins.az-a Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib. Sektor müdiri bildirib ki, məhsul istehsalçıları indiyədək 629 hektar sahədə kartof, 648 hektarda tərəvəz, 338 hektarda dən üçün qarğıdalı, 39 hektarda şəkər çuğunduru, 263 hektarda dənli paxlalılar, 137 hektarda bostan bitkiləri əkib, 138 hektara dən üçün vələmir, 195 hektara birillik otlar, 311 hektara yonca toxumu səpiblər. Builki mövsümdə rayonun təsərrüfatlarında 1018 hektarda tütün əkilməsi nəzərdə tutulur. Fermerlər indiyədək 582 hektar sahəyə tütün şitilləri köçürüblər.