Rusiya Diyetoloqlar Assosiasiyasının üzvü Valentina Salman vurğulayır ki, şirniyyat yemək istəyi təkcə zəif iradə deyil, müxtəlif səbəblərdən də ola bilər. Foodinfo.az xəbər verir ki, buna təsir edən bir neçə amili var.

Balanssız qidalanma: Pəhrizdə müxtəlifliyin olmaması şirniyyata olan həvəsə səbəb ola bilər. Qanda qlükoza səviyyəsini tarazlaşdırmaq üçün hər qidaya zülal, sağlam yağlar, kompleks karbohidratlar və lif daxil edilməsi tövsiyə olunur.

Mikronutrient çatışmazlığı: Xrom, maqnezium, kalsium və digər mikroelementlərin çatışmazlığı orqanizmdə karbohidrat mübadiləsinə təsir göstərə bilər.  Dəniz məhsulları, yaşıl tərəvəzlər, toxumlar, qoz-fındıq və bu elementlərlə zəngin olan digər qidalar yemək tövsiyə olunur.

Şəkər istəklərinin öhdəsindən gəlmək və sağlamlığı qorumaq üçün pəhrizin tərkibinə, mikroelementlərin səviyyəsinə və hormonal balansa diqqət yetirmək vacibdir.