Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini- ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə təyinat olub.
Bu vəzifəyə telejurnalist Aysel Fərziyeva gətirilib. O, bundan əvvəl “Azad Azərbaycan Müstəqil Teleradio Şirkətində “ATV Xəbər”, “ATV İqtisadiyyat”, “Made in Azerbaijan” verilişlərinin aparıcısı olub.
Faktı A.Fərziyevanın özü təsdiq edib.