Turş qidalar mədə turşuluğunu artıran, lakin faydalı bakteriyaları canlandıran məhsullardır. Foodinfo.az bildirir ki, qatıq, kefir və turş kələm kimi qidalar bağırsaq florasını balanslaşdırır. Onlar həzm prosesini asanlaşdırır və immuniteti gücləndirir. Mütəxəssislər hesab edir ki, probiotiklərlə zəngin turş qidalar antibakterial xüsusiyyətə malikdir. Lakin mədə xorası və turşuluq problemləri olan şəxslər istifadə edərkən xüsusilə ehtiyatlı olmalıdır. Çünki həddindən artıq turş qida qəbul edilməsi mədə narahatlığına səbəb ola bilər.

Həmçinin günlük miqdar da olduqca pnəmlidir. Belə ki, həzm problemləri üçün faydalı olsa da, həddindən artıq istifadə xüsusilə uşaqlar və həssas insanlar üçün zərərli ola bilər.