Pəhrizdəki bir neçə sadə dəyişiklik ömrünüzü artıra bilər.

Foodinfo.az xəbər verir ki, amerikalı həkim Panam Desai uzunömürlü insanların əməl etdiyi beş pəhriz vərdişini müəyyən edib.

Gündə beş porsiya təzə meyvə və tərəvəz fol turşusu, C vitamini, kalium və lifin əla mənbəyidir.

Bir ovuc qoz-fındıq zülal, sağlam yağlar, lif, vitaminlər və minerallarla zəngindir.

Tədqiqatlar göstərir ki, paxlalılar ürək üçün faydalıdır, həmçinin xərçəng və qaraciyər yağlanması riskini azaldır.

Doymamış yağlarla zəngin olan sıxma zeytun yağı insultların qarşısını alır, ürək-damar xəstəliklərindən və Alzheimer xəstəliyindən qoruyur.

Leyla