Endokrinoloq, tibb elmləri namizədi Natalia Tananakina effektiv arıqlamaq üçün hissələrə bölünməyi və yeyilən yeməyin miqdarına nəzarət etməyi məsləhət görüb.

Foodinfo.az xəbər verir ki, bu barədə mütəxəssis “İzvestiya” qəzetinə müsahibəsində danışıb. Həkim bildirib ki, yemək dörd hissəyə bölünməlidir: karbohidratlar, zülallar, bitki lifləri və yağlar. Hər yeməkdə mümkün qədər çox protein və bitki lifi olmalıdır.

O, günün birinci yarısında meyvə və tərəvəz yeməyi, həmçinin kartof, yerkökü, çuğundur və badımcanları rasiondan çıxarmağı, yaşıl salatlara, xiyar, turp, pomidor, kərəvizə üstünlük verməyi məsləhət görüb.