Əslində heç birimiz güzgüdə dilimizə diqqətlə baxmırıq. Lakin doğru deyil. Çünki dilimiz bizim sağlamlığımızdan və keçirdiyimiz həyat tərzindən xəbər verir. Səthi hamar, çəhrayı, təmiz dil daxili orqanların sağlamlığını göstərir.
Əgər dilinizin üzərinin təsadüfən çatlarla örtüldüyünü görsəniz o zaman panikaya düşməyin, səbəbinin axtarın.
Foodinfo Milli.Az-a istinadən dilin hansı səbəblərdən çatlarla örtüldüyünü araşdırıb.
SƏBƏBLƏRİ
Bu bir sıra ciddi xəstəliklərin səbəbi ola bilər.
• Hormon ifrazının azalması
• A və B vitaminlərinin çatışmazlığı
• Mədə xorası, qastrit, kolit
• anemiya, qan xəstəlikləri
• protez diş qoydurmaq
• siqaret çəkmək
• allergik reaksiyalar, mexaniki zədələr
Avitaminoz səbəbindən dil üzərində çatların əmələ gəlməsinə tez-tez rastlanır. Əgər üstəlik pasiyentin orqanizmində parazitlər də mövcuddursa vəziyyət ciddiləşir. Çünki bu zaman həm də xəstədə anemiya da yaranır.
Dilin üstü həmçinin bir sıra infeksiyalar səbəbindən də çatlaya bilər. Bu xəstəlik qlossit adlanır. Onun əmələ gəlməsinin əsas səbəbləri virus, göbələk və bir sıra bakterial infeksiyalar ola bilər.
Dilin çatlamasının digər səbəblərindən biri də diş pastasına olan allergik reaksiyalardır.
Dilin mexaniki zədələnməsi də onun çatlamasına səbəb ola bilər. Qida qəbulu və ya danışan zaman dilin dişlənməsi onun səthinin çatlamasına gətirib çıxarması ilə nəticələnir.
Əgər diliniz tez-tez çatlayır və sizə narahatlıq yaradırsa o zaman ev şəraitində təbii vasitələrlə bu problemi aradan qaldıra bilərsiniz.
1. Çobanyastığı dəmləməsi - Bununla hər dəfə qida qəbul etdikdən sonra ağzınızı yaxalayın. Daha yaxşı nəticə əldə etmək üçün dəmləməyə sürvə, dazıotu, dəmrovotu əlavə edin. Bu bitkilər güclü iltihabəliyhinə xüsusiyyətə malikdirlər.
2. Çaytikanı yağı - bu yağ problemi tez bir zamanda aradan qaldıracaq. Siz yalnız dilinizin üərinə bir neçə dənə damcı yağ damızdırın və 10 dəqiqə saxlayın. Proseduru səhər acqarına etmək məsləhətdir.
3. Bal - bir çox müalicəvi xüsusiyyətlərə malikdir. Gecə yatmazdan əvvəl bir çay qaşığı balı ağzınızda əridin. Sonradan heç bir qida və içki qəbul etmədən yatın.
4. Sarımsaq - bunun üçün sizə bir diş kiçik sarımsaq lazım olacaq. Onu əzərək dilinizin üzərinə qoyun. Yanma hissi meydana gələn kimi sarımsağı dilinizin başqa hissəsinə keçirin. Beləliklə sarımsağı ağzınızda 15 dəqiqə saxlayın. Bu proseduru gün ərzində bir neçə dəfə etmək olar.