Çoxumuz üçün yeməkdən sonra içilən bir stəkan çay sanki yeməyin son nöqtəsidir.  Elə bil çay içməsək, yemək yarımçıq qalır.

Amma çayın içilmə vaxtı çox önəmlidir.

Yeməkdən dərhal əvvəl içilən çay həzmi zəiflədə bilər.

Yeməkdən dərhal sonra içilən çay isə dəmir, sink və kalsiumun mənimsənilməsini azalda bilər.

Bu isə zamanla halsızlıq və gizli dəmir çatışmazlığına səbəb yaradar.

Bu barədə Foodinfo.az Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) məlumatlarına istinadla məlumat verir.

Çay içmək üçün ən doğru vaxt yeməkdən 30–45 dəqiqə sonradır.

Beləliklə, həm çayın faydası alınır, həm də qidanın dəyəri qorunur.

Daha ətraflı videomaterialda izləyə bilərsiniz.