Beynəlxalq alimlər qrupu müəyyən edib ki, yoqurt kimi ultra emal olunmuş qidaların istehlakı ürək-damar xəstəliklərindən ölüm riskini 12% artırır. Foodinfo.az xəbər verir ki, araşdırma The Lancet jurnalında dərc olunub.

Buraya 2009-2012-ci illər arasında pəhrizləri, habelə sonrakı doqquz ili əhatə edən tibbi qeydləri təqdim edən 40-69 yaş arasında olan 126.842 nəfər cəlb edilib. İştirakçılar öz pəhrizlərinə görə qruplara bölünüb. Bitki və heyvan mənşəli qidalar, ultra emal olunmuş və emal olunmayan qidalar yeyənlər ayrılıb.

Tədqiqatçılar belə qənaətə gəliblər ki, mənşəyindən asılı olmayaraq, ultra emal olunmuş qidaların istehlakı ürək-damar xəstəlikləri və ölüm riskinin artması ilə əlaqələndirilir.