Həkim Yekaterina Volkova yetkinlik dövründə bədən quruluşunu və sağlamlığı qorumaq üçün zülal və tərəvəz yeməyi məsləhət görüb.
Onun sözlərinə görə, zülal bədənə toxluq və yanlarda yığılmayan kalorilər verir. Həkim onu da vurğulayıb ki, orqanizmdə bütün sistemlərin işləməsi üçün zəruri olan yağlar da mühüm rol oynayır, məsələn, enerjili qalmağa kömək edir.
Volkova əlavə edib ki, bağırsaq mikroflorasını normal saxlamaq üçün tərəvəzləri qida rasionunuza daxil etmək lazımdır.
Leyla