Soyuq havalarda insana istilik tarazlığını qorumaq üçün daha çox enerji lazımdır, buna görə də bədən aclıq hissi vasitəsilə enerji xərclərini kompensasiya etmək üçün bizi daha çox yeməyə “məcbur etməyə” çalışır. Bəs bu dövrdə artıq çəki yığıb bədən quruluşumuzu pozmamaq üçün nə etmək olar?

Foodinfo.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Təhsil Universitetinin Peşə psixologiyası və psixoloji konsultasiya kafedrasının dosenti Anjelika Polina danışıb.

Onun fikrincə, insanlar gündüz saatlarının azalması ilə əlaqəli tez-tez mövsümi depressiv pozğunluqlarla qarşılaşırlar. Bu, qanda hormonların səviyyəsinə və yemək vərdişlərinə təsir göstərir, buna görə də streslə mübarizədə bir insan həddindən artıq çox yeməyə və şirniyyatlara üz tutmağa başlaya bilər.

"Arıq qalmağın universal resepti düzgün və qədərində yeməkdir. Həddindən artıq çox yeməkdən çəkinin. Zərərli qidaları oxşar, lakin sağlam qidalarla əvəz edin. Çörəyi - "xlebsi" və dənli bitkilərdən hazırlanan sneklərlə, tort və şokoladları - mövsümi təzə meyvələr və quru meyvələrlə. Dondurulmuş tərəvəz və giləmeyvələr də əla vitamin, mineral və lif mənbəyidir. Kələm, sitrus meyvələri yeyin, bol su için", - deyə mütəxəssis vurğulayıb.

Formada qalmaq üçün müntəzəm fiziki fəaliyyət də lazımdır. Üstəlik, hər hansı bir idman növü ilə məşğul olmaq lazım deyil, nəqliyyat əvəzinə piyada gəzintini seçmək kifayətdir. Bundan başqa, gün ərzində fiziki isinmə və nəfəs məşqləri etmək üçün də vaxt ayırmağa dəyər.

Bundan əlavə, hamımızın sağlam yuxuya və stressin olmamasına ehtiyacımız var. Fərqli fəaliyyət növləri emosiyalarınızı idarə etməyə kömək edəcək: təmiz havada gəzinti, yoqa, meditasiya və nəfəs məşqləri. Bəzən daha müsbət emosiyalar əldə etmək üçün ünsiyyət dairənizi yenidən nəzərdən keçirməyə dəyər.

Mənfi düşüncələri və münasibətləri müsbətə dəyişdirin, mükafatınız isə sağlam psixika və sağlam, incə bədən olacaq.