Səhərlər içilən bir stəkan su sağlamlığınızı yaxşılaşdıra bilər, lakin o, müəyyən temperaturda olmalıdır. 

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Marina Makişa danışıb.

Onun sözlərinə görə, soyuq su sağlamlıq üçün uyğun deyil, çünki orqanizm onu qızdırmaq üçün əlavə enerji sərf edir.

"Açqarnına içilən ilıq su biokimyəvi prosesləri işə salır və mədə-bağırsaq traktının xəstəliklərindən qoruya bilər. Suyun temperaturu 40-50 °C olmalıdır", - deyə mütəxəssis bildirib.

Həkim izah edib ki, ilıq su, soyuqdan fərqli olaraq, dərhal mədə və onikibarmaq bağırsağa gedir və bütün daxili orqanları işə salır.