Alimlər brokoli ilə bağlı yeni araşdırma aparıblar.

Foodinfo.az xəbər verir ki, araşdırma siçanlar üzərində aparılıb.

Araşdırma göstərib ki, brokolinin tərkibindəki molekullardan biri reseptorlardan biri ilə əlaqəyə keçərək bağırsaqların sağlamlığını qoruyur. Beləliklə, bağırsaqlarda hər hansı bir xəstəliyin yaranmasının qarşısı alınır. Növbəti araşdırmalarda sözügedən məhsulun insanlar üzərində müvafiq təsirə sahib olub-olmadığı araşdırılacaq.

Ekspertlər qeyd edirlər ki, təcrübə uğurlu olacağı təqdirdə bu məhsula “superqida” demək mümkün ola bilər.