Alma sirkəsinin köməyi ilə bir çox problemlərdən qurtula bilərsiniz.

Foodinfo.az alma sirkəsinin səkkiz faydasını təqdim edir:

1. Hıçqırığı dayandırır

Hıçqırıq zamanı bir çay qaşığı alma sirkəsi qəbul edin, turş dadına görə onu dayandırmağa kömək edəcək.

2. Daha ağ dişlər

Dişlərinizin ağarmasını istəyirsinizsə səhərlər alma sirkəsini qarqara etməyiniz məsləhətdir . Alma sirkəsi ağızdan və diş ətindən ləkələri, bakteriyaları çıxarmağa, dişləri ağartmağa kömək edir. Qarqaradan sonra dişlərinizi həmişəki kimi fırçalayın. Mümkünsə həftədə bir dəfə soda ilə dişlərinizi fırçalayın, bu həm də ləkələrin çıxarılmasında və dişlərin ağardılmasında təsirlidir. Diş pastasına alternativ olaraq duzdan da istifadə edə bilərsiniz. Diş ətləriniz yumşaqdırsa, hər gün duz ilə fırçalamağa davam edin.

3. Mədə problemlərinin həlli

Mədə probleminiz bakterialdırsa, bir qurtum alma suyu sirkəsi antibiotik xüsusiyyətlərinə görə kömək edə bilər. Bəzi ekspertlər alma suyu sirkəsinin bağırsaq spazmlarını aradan qaldırmağa kömək edən pektin ehtiva etdiyini iddia edirlər.

4. Yorğunluğu aradan qaldırması

İdman etmək orqanizmdə laktik turşunun yığılmasına səbəb olur və yorğunluğa səbəb olur. Bəzən bu turşu bədəndə güclü stress nəticəsində yaranır. Amma alma suyu sirkəsindəki amin turşuları antidot kimi fəaliyyət göstərir. Alma sirkəsinin tərkibində yorğunluğu aradan qaldıran kalium və fermentlər var. Növbəti dəfə özünüzü yorğun hiss etdiyiniz zaman bir və ya iki qaşıq alma sirkəsini bir stəkan su və ya bir stəkan soyuq içki ilə qarışdırıb için və heyrətamiz təsirini gözləyin.

5. Həzmsizliyin qarşısının alınması

Həzmsizliyin qarşısını almaq üçün yeməkdən əvvəl bir az alma sirkəsi yeməyə çalışın. Bir çay qaşığı bal və bir çay qaşığı alma sirkəsini bir stəkan ilıq su ilə qarışdırıb yeməkdən 30 dəqiqə əvvəl için. 

6. Gecə ayaq kramplarının qarşısının alınması 

Bir stəkan suya iki xörək qaşığı alma sirkəsi və az miqdarda bal əlavə edib gecələr içməklə gecə ayaq kramplarından qaçın. Bu miqdarda alma sirkəsini qəbul etdikdən qısa müddət sonra gecələr başınıza gələn ağrılı sancılar olmayacaq.

7. Burun tıkanıklığını aradan qaldırır

Bir stəkan suya bir çay qaşığı alma sirkəsini qarışdırıb için. Bu, burun tıkanıklığını aradan qaldırmağa kömək edəcəkdir.

8. Boğaz ağrılarının azaldılması

Boğazınızda yanma hiss edən kimi bir az alma sirkəsi için. Bu sirkə infeksiyanı aradan qaldırmağa çox kömək edəcək, çünki mikroblar sirkənin turşu mühitində yaşaya bilməz. Sadəcə dörddə bir stəkan alma sirkəsini dörddə bir stəkan ilıq su ilə qarışdırın və hər saatda bir dəfə qarqara edin.

Şəbnəm