Çaytikanı orqanizmdə metabolik prosesləri sürətləndirir və artıq çəki ilə mübarizə aparmağa kömək edir. 

Foodinfo.az xəbər verir ki, bu giləmeyvənin faydalı xüsusiyyətləri haqqında diyetoloq və tibb elmləri doktoru Mariyat Muxina danışıb.

Onun sözlərinə görə,"Sibir ananası" kimi də tanınan bu giləmeyvənin ətri əslində ananas, çiyələk və sitrus meyvələrinin qarışığını xatırladır. O, karotenoidlər, A və B qrupundan olan vitaminlərlə zəngindir.

Çaytikanı arıqlamağa kömək edir, çünki o, bütün metabolik prosesləri işə salır. Bu giləmeyvəni soyuqdəymələr mövsümüdə də yemək faydalıdır, çünki immun sistemini gücləndirir və viruslardan qoruyur. 

Həkim 30-50 qram qədər çaytikanından istənilən formada istifadə etməyi məsləhət görüb: şirə, püre, cem və ya bitki çayı kimi. Diyetoloq onu da qeyd edib ki, çaytikanından hətta piroq hazırlamaq olar.

Bundan əlavə, çaytikanı yağı da çox faydalıdır. Məhsul qan axınını yaxşılaşdırır, ürək-damar  fəaliyyətinə müsbət təsir göstərir. Muxina yağı xarici istifadə üçün də tövsiyə edir: çaytikanı yaraları, trofik xoraları sağaldır və yara izlərinin yaranmasının qarşısını alır.