Effektiv arıqlamaq üçün qəbul edilən kalorilər xərclənən kalorilərdən az olmalıdır. Foodinfo.az aif.ru-ya istinadla xəbər verir ki, endokrinoloq və dietoloq, FİÇ Qidalanma və Biotexnologiya İnstitutunun mütəxəssisi Mariya Brijan bu məqamı açıqlayıb.
Ekspertin sözlərinə görə, pəhriz zülallar, yağlar və karbohidratları əhatə etməli, heç bir makronutrienti kəskin şəkildə məhdudlaşdırmaq səhv yanaşmadır. Kalorilərin düzgün azaldılması üçün şəxsin gündəlik norma kalori miqdarından təxminən 500 kkal çıxarmaq optimal hesab olunur.
Brijan vurğulayıb ki, balanslı və mərhələli yanaşma həm sağlamlıq üçün təhlükəsizdir, həm də arıqlama prosesini səmərəli edir.






