Alimlər qəhvənin arıqlamağa kömək etdiyini təsdiqləyiblər.

Foodinfo.az xəbər verir ki, qəhvənin insan orqanizminə təsirini öyrənmək üçün aparılan araşdırmada 22 min kişi və təxminən 130 min qadın iştirak edib.

Ekspertlər bütün nüansları nəzərə alıblar: içkinin miqdarı, onun əlavələri, qəbul edilmə vaxtı və s.

Nəticədə, şəkərsiz qəhvə içməyin çəkini qorumağa və hətta arıqlamağa kömək etdiyi məlum olub. Üstəlik, içkinin təsiri gündə cəmi bir stəkan içildikdə də özünü göstərib.

Şirin və ya qaymaqlı qəhvə sevənlərdə isə belə təsir müşahidə olunmayıb.

Lakin diyetoloq Vera Çyornaya xəbərdarlıq edib ki, qəhvə yalnız uzun müddət içildikdə artıq çəki ilə mübarizədə kömək edə bilər. Bu içki sidikqovucu təsir göstərir və bədəndən artıq suyu, onunla da birlikdə artıq kiloları "yuyub apara" bilər. Kofeinin yağ yandırıcı təsiri olduğu üçün qəhvə içmək vərdişi həqiqətən kökəlməməyə kömək edir, lakin bu üsul zaman tələb edir və tez arıqlamaq istəyənlər üçün əlverişli deyil.