Daha sağlam bağırsağa sahib olmaq hər kəs üçün çox vacibdir. Dərmanlar, pəhrizlər və bu məqsədlə edilən bütün səylər zaman zaman nəticəsiz ola bilər, yalnız bir üsuldan başqa. Beləliklə hansı qidaları istehlak etməli olduğunuzu bilsəniz, bağırsaq sağlamlığınızı təbii yolla bərpa edə bilərsiniz. 

Bəs o qidalar hansı qidalardır? 

 Foodinfo.az bağırsaqlara faydalı olan qidaları təqdim edir:

1- SARIMSAQ VƏ SOĞAN 

Soğan və sarımsaq bağırsaq sağlamlığınıza çox faydalıdır. Çiy soğan və sarımsaqda prebiyotiklər daha yüksəkdir, buna görə də bağırsaq sağlamlığını artırmaq üçün çiy soğan və sarımsaqdan istifadə etməlisiniz.

2- ZƏNCƏFİL VƏ SARIKÖK 

Zəncəfil və zərdəçal (sarıkök) kimi ədviyyatlar bağırsaq sağlamlığına çox müsbət təsir edir. Zəncəfil bağırsaq hərəkətliliyini artırmaqla yanaşı, gəyirmə, şişkinlik, həzmsizlik və ürəkbulanma da daxil olmaqla geniş spektrli mədə-bağırsaq şikayətlərini aradan qaldırır. Sarıkök isə antiinflamatuardır və tədqiqatlar göstərir ki, bağırsaq sindromu və iltihablı bağırsaq xəstəliyi də daxil olmaqla həzm pozğunluqlarını aradan qaldırır.

3- PIRASA

Soğan və sarımsaq ailəsinin üzvü olan pırasa tərkibindəki prebiyotiklər sayəsində bağırsaq sağlamlığına demək olar ki, birbaşa təsir göstərir. Kolon hüceyrələrinin sağlamlığını dəstəkləyən postbiotik qidalar istehsal edən pırasa bağırsaqdakı pH da daxil olmaqla bağırsaq sağlamlığının bir çox vacib aspektlərini tənzimləyir. 

4- ƏNGİNAR 

Ənginarın yüksək lif və prebiyotik tərkibi sayəsində həzmə kömək etdiyi bilinir. 

5- ŞÜYÜD 

Yeməkdən sonra şüyüd toxumlarını çeynəmək həzmi asanlaşdırmaqla yanaşı, yeməkdən sonra qaz əmələ gəlməsinin qarşısını da alır. Şüyüdün özü liflə zəngindir və prebiyotik qidadır. Buna görə də onu istehlak etmək 100% fayda verir.

6- BRÜSSEL KƏLƏMİ 

C vitamini və K vitamini ilə zəngin olan Brüssel kələmi müntəzəm istifadə edildikdə bağırsaq sağlamlığı üçün çox faydalıdır. Çox sevilən və istehlak edilən yemək olmasa da, faydalı olması onu daha cazibədar etdiyini söyləyə bilərik.

7 - İSPANAQ 

 Zəngin lif tərkibi ilə dəmir və maqnezium qaynağı olan ispanaq bağırsaqlara faydalı tərəvəzlərdən biridir. 

8- AVOKADO 

Tərəvəzlərdə olan prebiyotiklər bağırsaqlara faydalı olduğu kimi, meyvələrdə olan prebiyotiklər də eyni dərəcədə faydalıdır. Avokadonu salatlarınızda istehlak edə və ya səhər yeməyinizi zənginləşdirmək üçün zeytun yağı ilə qarışdıra bilərsiniz.

9- BANAN 

Banan bağırsağa fayda verən prebiyotiklərlə zəngin bir meyvədir. Bağırsaq sağlamlığınız üçün bananları nəzarətli şəkildə istehlak etmək, həzm problemlərini kökündən həll etmək gücünə malikdir.

10- NAR

Nar sarımsaq və soğan kimi polifenollarla zəngindir, bunlar bağırsaqda qaz əmələ gətirməyən prebiyotiklərdir və həmçinin bağırsaq selikli qişasını qoruyan selikli təbəqəni dəstəkləməyə və sağaltmağa kömək edir.