Nahar üçün çox faydalı, dadlı və doyurucu balqabaqlı kök şorbası hazırlaya bilərsiniz. Bu şorbanı acı bibər əlavə etmədən hazırlasanız uşaqlar üçün uyğundur.
Tərkibi:
600 qr balqabaq
600 qr yerkökü
1 çay qaşığı ədviyyat
2 xörək qaşığı zeytun yağı
yarım ədəd çili bibəri (acı sevmirsinizsə çox az əlavə edə bilərsiniz)
2 diş sarımsaq
Hazırlanma qaydası:
Öncə qabığı soyulub təmizlənmiş balqabağı və yerkökünü doğrayın. Sarımsağı və çili bibərini də doğrayın. Tavaya zeytun yağı töküb doğranmış balqabaq. yerkökü, sarımsaq və bibəri töküb qızılı rəng alana qədər qızardın. Qovrulan tərəvəzlərin üzərini örtəcək qədər su töküb yumşalana qədər qaynadın. Bişən tərəvəzləri blenderlə püre halına gətirin və ədviyyatla dadlandırın. Süfrəyə verdikdə üzərinə balqabaq toxumu səpə bilərsiniz.