Sağlamlığı qorumaq üçün insan kifayət qədər maye qəbul etməlidir, lakin hər kəsdə bunu gün ərzində xatırlamaq vərdişini yoxdur. Su içməyi tamamilə unutsanız, orqanizminizin özü onun çatışmadığını göstərəcək. 

Foodinfo.az xəbər verir ki, həkim-diyetoloq Marqarita Korolyova bədəndə su çatışmazlığının əlamətlərindən danışıb.

Onun sözlərinə görə, az su içdikdə susuzlaşma nəticəsində dəri, saçlar, dirsəklər quruyur.

Maye çatışmazlığı zamanı, həmçinin, yorğunluq, zəiflik, halsızlıq və iş qabiliyyətinin azalması da müşahidə olunur. Bu xoşagəlməz təzahürlərlə qarşılaşmamaq üçün isə hər gün çəkinizin hər kiloqramı üçün 30 ml su içmək lazımdır - başqa sözlə, böyüklər gün ərzində təxminən 2-2,5 litr su içməlidirlər.