Borş insan sağlamlığı üçün faydalı yeməkdir.

Borş ürək, qaraciyər və mədə xəstəliklərinin qarşısını almaqla yanaşı, qan təzyiqini idarə etməyə kömək edir.

Bu şorba az kalori ehtiva edir, bu da pəhriz saxlayan insanlar üçün çox faydalıdır. Borşun tərkibindəki maddələr ürək sağlamlığını qorumağa yardımçı olur.

Çuğundurun yüksək nitrat tərkibi sayəsində borş qan təzyiqini aşağı salmağa kömək edir. Həmçinin qan axını yaxşılaşdırır.

Borşda bir çox tərəvəz var, bu da öz növbəsində bədəni liflə təmin edir. Borş içmək həzmi yaxşılaşdırmağa və maddələr mübadiləsini sürətləndirməyə müsbət təsir göstərir.

Bundan əlavə, borşun istehlakı ilə bədən toksinlərdən təmizlənə bilir. Eyni zamanda, borş mədə-bağırsaq traktının mikroflorasına da faydalı təsir göstərir. Borş yemək həzm sisteminin düzgün işləməsini tənzimləyə bilir.

Beləliklə borş:

Mədə-bağırsaq traktının normallaşdırılmasında faydalıdır.

Bədəni lazımi miqdarda liflə təmin edir.

Tərkibindəki tərəvəzlər vasitəsilə immunitet sisteminin gücləndirir.

Bədəni toksinlərdən təmizləyir.

Arıqlamaq istəyənlər üçün faydalıdır (Qafqazinfo).