"Tibb" ASC-nin (Akademik Roytberq Klinikası) dietoloqu Maryana Djutova artıq çəki və piylənmənin səbəblərindən danışıb. Foodinfo.az xəbər verir ki, RİA Novosti ilə söhbətində ekspert qeyd edib ki, stress, depressiya, narahatlıq və panik atak artıq çəki almağın əsas səbəbləridir.

Ekspertin sözlərinə görə, bir çox insanlar bu emosional pozğunluqların öhdəsindən gəlmək üçün çoxlu miqdarda qida qəbul edirlər.

Artıq çəkinin ümumi sağlamlıq üçün təhlükə olduğunu xatırlamaq vacibdir.