Ət bir çox birinci və ikinci yeməklərin tərkib hissəsidir. Foodinfo.az Edimdoma.ru-ya istinadən xəbər verir ki, həkim Aleksandr Myasnikov "Rossiya 1" kanalında "Ən vacib şey haqqında" verilişinin efirində televiziya ətin fayda və zərərləri ilə bağlı danılşıb. Bildirib ki, uzun illər ətin ürək-damar sistemi xəstəlikləri olanlar üçün az istifadə olunan məhsul hesab olunurdu. Həkimlər bir çox xəstəliklərin bu məhsulun səbəb olduğunu güman edirdilər.

Lakin zaman keçdikcə məsələ aktiv şəkildə öyrənilməyə başladı. Bu mövzuda hələ dəqiq məlumat olmasa da, alimlər arasında hələ də mübahisələr var. Ancaq qırmızı ətin tez-tez istehlakının bağırsaq xərçəngi riskinə səbəb olması sübut edilmiş və təsdiqlənmişdir. Buna görə də normanı bilmək lazımdır.