
Dietoloq Yelena Solomatina, duzlu kələmin tərəvəzin ən sağlam formalarından biri olduğu söyləyib. “Ən çox C vitamini duzlu kələmdə olur. Tərkibində maddələr mübadiləsini sürətləndirən və enerji mübadiləsini dəstəkləyən süksin turşusu da var. Bu, təkcə arıqlamaq üçün deyil, həm də performansın, ürək-damar sisteminin vəziyyətinin və bədənin digər funksiyalarının yaxşılaşdırılması üçün vacibdir”, - o , Life.ru saytına müsahibəsində bildirib.
Foodinfo.az xəbər verir ki, onun sözlərinə görə, duzlu kələmdə fermentasiya zamanı əmələ gələn laktobakteriyalar da var.