
Səhər yeməyini atmaq artıq çəki artımına gətirib çıxarır. Foodinfo.az xəbər verir ki, fitnes məşqçisi Olqa S. SE-yə bildirib ki, səhər yeməyinə məhəl qoymamaq aclıq hissini artırır və bu, ya qəlyanaltı ilə iştahınızı kəsməyə, ya da naharda həddindən artıq yeməyə səbəb olur.
"Bir çox insanlar əsas yeməklər arasında yeyilən qidaların kaloriliyini nəzərə almır. Bu "görünməz" qəlyanaltılar çəki artımına gətirib çıxarır", – ekspert vurğulayıb.
Bundan əlavə, Olqa əlavə edib ki, yeməklər arasında fasilə 3-4 saat olmalıdır. Səhər yeməyi yeməsəniz, yeməksiz qalma müddəti çox uzanır və orqanizm qəbul etdiyi qidanın saxlanmasına qərar verə bilər. Buna görə də, insan qəlyanaltılara can atmasa və naharda həmişəki kimi eyni miqdarda yesə də, kökəlməyə başlayır.
“Səhər yeməyi tam və balanslı olmalıdır. Kruasan, şirin qatıq və meyvə yaxşı səhər yeməyi sayılmır", – fitnes məşqçisi yekunlaşdırıb.