Əminik ki, bir çox mütəxəssis tərəfindən tövsiyələr siyahısına daxil edilən Melisa çayının faydalarını eşidəndə onu içmək istəyəcəksiniz.
Foodinfo.az xəbər verir ki, bu çay yuxu problemləri, stress və qrip kimi mənfi vəziyyətlərdə ən böyük dəstəkçilərinizdən biri olacaq.
1- Mövsümi keçidlər zamanı yaranan durğunluq, halsızlıq, yorğunluq və oynaq ağrıları kimi simptomların yaratdığı depressiya və stress problemlərinə Melisa çayı ilə son verə bilərsiniz.
2- Daha rahat mədə daha rahat yuxu deməkdir. Buna görə də axşam Melisa çayı içmək yüngül sakitləşdirici xüsusiyyətlərinə görə yuxu keyfiyyətini yaxşılaşdıra bilər, buna görə də yatmazdan əvvəl içmək rahatlaşdırıcı bir seçim ola bilər. Yuxunuz daha səmərəli və rahat olacaq.
3- İmmunitet gücləndirici təsiri ilə seçilən bu çay virus və mikrob əleyhinə təsirləri sayəsində bakteriya, göbələk və viruslarla mübarizədə təsirlidir. Antioksidantlar anbarı olan Melisa bitkisi tərləməni təşviq etdiyi üçün qrip və qızdırma xəstəliklərinin sağalmasında böyük rol oynayır.
Gün ərzində Melisa çayını 2 stəkandan çox içməməyə diqqət etməlisiniz. Əks halda həddindən artıq istehlakdan dəridə səpgilər, şişliklər, qabıqlanmalar, ürəkbulanma və allergiya kimi yan təsirlər yarana bilər.
Xroniki xəstəlikləri olanlar, müntəzəm dərman istifadə edənlər, hamilə və ya süd verənlər Melisa çayı istifadə etməməlidirlər.