
2020-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ixracı
9,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə
1 milyard
153 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə
124 milyon ABŞ dolları və ya
9,7 faiz azalıb.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayında bildirilir.
Bu ilin ilk səkkiz ayı ərzində Rusiyaya
450,3 milyon ABŞ dolları, Türkiyəyə
226,9 milyon ABŞ dolları, İsveçrəyə
138,5 milyon ABŞ dolları, Gürcüstana
92 milyon ABŞ dolları və Çinə
32,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2020-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (
167 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda –
124,4 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (
78,6 milyon ABŞ dolları) üçüncü olub.
Ümumiyyətlə, 2020-ci ilin ilk 8 ayı ərzində meyvə-tərəvəz ixracı
376,3 milyon ABŞ dolları, pambıq lifi ixracı
77,6 milyon ABŞ dolları, alüminium və ondan hazırlanan məmulatların ixracı
63,6 milyon ABŞ dolları, kimya sənayesi məhsullarının ixracı
52,4 milyo ABŞ dolları, qara metallar və onlardan hazırlanan məmulatların ixracı
31,5 milyon ABŞ dolları, mis və ondan hazırlanan məmulatların ixracı
12,5 milyon ABŞ dolları, plastmassa və onlardan hazırlanan məmulatların ixracı
118,5 milyon ABŞ dolları, pambıq ipliyi ixracı
11,3 milyon ABŞ dolları, spirtli və spirtsiz içkilərin ixracı
8,4 milyon ABŞ dolları, şəkər ixracı
11,5 milyon ABŞ dolları, bitki və heyvan mənşəli piylər və yağlar ixracı
15 milyon ABŞ dolları, çay ixracı
6,2 milyon ABŞ dolları təşkil edib.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin ilk 8 ayı ərzində meyvə-tərəvəz ixracı
4 faiz, bitki və heyvan mənşəli piylər və yağlar ixracı
28,9 faiz, çay ixracı
0,2 faiz artıb.
2020-ci ilin avqust ayında qeyri-neft sektoru üzrə ixrac
118,2 milyon ABŞ dolları təşkil edib. Sözügedən dövr ərzində qeyri-neft sektorunun ümumi ixracda payı
15,8 faiz təşkil edib ki, bu da ötən dövrlə müqayisədə
4,3 faiz çoxdur. 2020-ci ilin avqust ayında yeyinti məhsullarının qeyri-neft sektorunda payı 21,1 faiz, qeyri-yeyinti sektoru üzrə isə 78,8 faiz təşkil edib.
Bu ilin avqust ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (
31,7 milyon ABŞ dolları), İsveçrəyə (
31 milyon ABŞ dolları), Türkiyəyə (
21,9 milyon ABŞ dolları), Gürcüstana (
7,8 milyon ABŞ dolları) və Əfqanıstana (
2,2 milyon ABŞ dolları) ixrac edilib.
2020-ci ilin avqust ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (
28 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (
6 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium – (
5,4 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.