Xəyallarınızdakı bədəni formalaşdırmaq, gözəl, güclü və möhkəm olmaq üçün təkcə çox məşq etmək deyil, həm də düzgün yemək lazımdır. Təbii ki, yağlı, ədviyyatlı və duzlu qidalar istisna edilməlidir. Fast food yeməkdən çəkinin.
Diyetoloq Marina Sorokinanın fikrincə, qida rasionunuza yüksək miqdarda sağlam qidalar əlavə etmək vacibdir. İncə bədənə sahib olmağı vacib olanlar üçün ən yaxşı tövsiyə kifayət qədər miqdarda kəsmik yeməkdir. Mütəxəssis deyir ki, bu məhsul fiziki fəaliyyət zamanı əzələ kütləsinin toplanmasında və dözümlülüyün artırılmasında ən yaxşı köməkçidir.
Kəsmik zülaldan başqa nə ilə “zəngindir”?
Zülaldan əlavə, süd məhsullarında bir çox digər qiymətli maddələr var: kalsium, sink, vitamin B12, B5, B2.
Bundan əlavə, kəsmikdə bağırsağın düzgün işləməsi üçün vacib olan bir çox faydalı probiotik bakteriyalar var.
Tərkibindəki qida maddələri sayəsində kəsmik saçların uzanmasını aktivləşdirir, dırnaqları gücləndirir, mədə-bağırsaq traktının və qalxanabənzər vəzinin fəaliyyətini yaxşılaşdırır. Və təbii ki, diş minasını gücləndirir.