Bəlkə də, dünyada meyvə sevməyən insan yoxdur. Onlar həm dadlı, həm faydalıdırlar, insanı vitaminlərlə təmin edir, orqanizmi cavanlaşdırır. Əlbəttə, bir dilim tortdansa, meyvəli desert yaxşıdır, lakin nəzərə almaq lazımdır ki, bəzi meyvələr də insanın çəkisini artıra bilər.
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Oksana Dmitrenko danışıb.
Onun sözlərinə görə, belin incəlməsinə mane olan 3 meyvə var:
1. manqo,
2. ananas,
3. yemiş.
Onların əsas "çatışmazlığı" tərkibində şəkərin həddindən artıq çox olmasıdır. Düzdür, meyvə dilimlərində maddələr mübadiləsini sürətləndirmək üçün faydalı olan çoxlu lif var, lakin şəkər daha çoxdur. Buna görə də, belə bir pəhrizlə arıqlamaq çətin olacaq.
Lakin diyetoloq həmin meyvələrdən tam imtina etməyi yox, onları qədərində yeməyi tövsiyə edir: birdəfəyə maksimum 200 qr.
Əgər bu miqdar kifayət etmirsə, o zaman çayı bir qaşıq bal ilə içmək və ya balı (yemiş xaric) bu meyvələrin üzərinə əlavə etmək olar. Lakin arıqlamaq istəyənlərə bunu da hər gün etmək məsləhət deyil.