Saçların tökülməsinin bir çox səbəbi olur. Bu səbəblərdən biri də bəzi qida məhsullarından sui-istifadədir.   Ens.az Aztibb.az-a istinadən xəbər verir ki, bunu britaniyalı həkim-dermatoloq, London Bridge Hospitalın mütəxəssisi Şaron Vonq məlumat verib.   Həkim bildirib ki, sadə karbohidratlar, emal olunmuş qidalar saçların vəziyyətinə mənfi təsir edir, onların tökülməsinə səbəb olur.   Belə qidalara aşağıdakılar aiddir:   - ağ çörək   - pizza xəmiri   - makaron   - un məmulatları   - ağ un   - ağ düyü   - şirin desertlər   - bir çox quru səhər yeməkləri   Həmçinin qidalanmada lif və zülalların az olması da saçların vəziyyətinə mənfi təsir edir.   Həkim qeyd edib ki, ət, yumurta, paxlalılar (mərci, noxud, soya və s.), qarabaşaq, kinoa, süd məhsulları saçların sağlamlığı və gözəlliyini təmin edir.