Kolumbiya Universitetindən olan amerikalı tədqiqatçılar alma, çaytikanı, soğan və tünd şokolad yeməyi tövsiyə edirlər.
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Kseniya Çyornaya danışıb.
O, mavi-yaşıl yosun növündən olan spirulinanı xüsusi qeyd edib. Bu bitkinin tərkibində serotonin və melatonin istehsalı üçün zəruri olan triptofan var. Bu, sinir sisteminin fəaliyyətinə, xüsusən də yaddaşa və yeni məlumatların qavranılmasına birbaşa təsir göstərir.
Mütəxəssis yapon toz çayı olan matçanın da beyin üçün faydalı xüsusiyyətlərini qeyd edib. Matçanın tərkibində iş qabiliyyətini, konsentrasiyanı və əzmkarlığı artıran L-treonin var. Spirulina ilə birlikdə o, yeni materialı yadda saxlamaq üçün çox effektiv olacaq. Bundan əlavə, matça stressi azaldır və yuxunu yaxşılaşdırır.
Diyetoloq qeyd edib ki, qarğıdalı yağı, raps yağı və marqarin, əksinə, beyin fəaliyyətinə mənfi təsir göstərir və iş qabiliyyətini aşağı salır. Onlar çips və tortlarda olur.