Bəzi qidaları ətlə birlikdə yemək sağlamlığa zərər verə bilər. Foodinfo.az bildirir ki, bu barədə diyetoloqlar xəbərdarlıq edir.
Birincisi, süd məhsullarını, məsələn, pendiri ətlə birləşdirməməlisiniz.
Məsələ burasındadır ki, süd məhsullarının tərkibində olan kalsium ətin tərkibində olan dəmirin sorulmasını pozur.
Həmçinin, nişastası yüksək qidalarla - makaron, kartof, qarğıdalı ilə ət yemək olmaz.
Bu qidalarla ət yemək sürətli kilo almağa səbəb ola bilər. Bundan əlavə, çay və qəhvə ətin həzmini pozur.