Qış aylarında bəzi qidalar süfrənin mərkəzində olmalıdır. Təbii ki, bu qidalardan biri də soğan olmalıdır. Həm qurudulmuş, həm də çiy soğan min bir dərdin dərmanıdır. Peyğəmbərimiz (s) buyurur: “Hər kim bir yerə gedirsə, o yerin soğanını yesin və o yerin xəstəliklərindən amanda olsun”. 

Bəs, soğan yeyən insanın orqanizmində nələr baş verir və soğanın orqanizmə nə kimi faydaları var? 

 İnsan sağlamlığı üçün çox faydalı olan tərəvəzlərdən biri də virusları məhv edən soğandır. Antiseptik xüsusiyyətlərə malik olan soğan yoluxucu xəstəlikləri müalicə edir. Odur ki, qış aylarında soğan süfrənizdən əskik olmamalıdır. 

 Foodinfo.az soğanın faydalarını təqdim edir:

• İnfeksiyaları müalicə edir 

• Sarılığı aradan qaldırır

• Sidiyi xaric edir 

• Ödü təmizləyir

• Qan şəkərini nəzarət altında saxlayır

• Qan dövranını stimullaşdırır 

• Bağırsaqları gücləndirir

Soğan yeyərkən ağız qoxusundan narahat olanlar mixək, hil, nanə, cəfəri və razyana çeynəyə bilərlər. 

Soğan yeməklərə və salatlara əlavə edilərək istehlak edilə bilər.