Bir çox tərəvəz, meyvə və giləmeyvə soyuqdəymə, süstlük və yuxululuğu aradan qaldırmağa kömək edir. Foodinfo.az bildirilir ki, bunu rusiyalı dietoloq Mariya Dyuzheva RT-yə verdiyi müsahibəsində deyib.


O, bildirib ki, yerkökünün tərkibində A vitamininin prekursorları olan karotenoidlər var. Bu qidalar hüceyrələrimizi oksigenlə qoruyan bir antioksidanlardır. Belə ki, vitamin A görmə və sümüklər, eləcə də sağlam dəri, saç və immunitet sisteminin fəaliyyəti üçün vacibdir.


Bu vitaminin ən yaxşı mənbəyi hesab edilən balqabaq eyni zamanda qocalma prosesini ləngitməyə kömək edir. Onun toxumları beyin və qaraciyər funksiyası üçün faydalıdır.
Ekspertin sözlərinə görə, kök qan dövranı üçün faydalı olan E vitamini ilə zəngindir.


Lakin bu maddə yağla bərabər daha yaxşı mənimsənilir. Buna görə də, yağ əlavə edərək kök suyu içmək daha yaxşıdır.

Leyla