Adətən insanlar yalnız qara və yaşıl çay arasında seçim edirlər, halbulki dünyada bu içkinin çox sayda çeşidi var. Dərman bitkilərinin qurudulmuş yarpaqları və gülləri əsasında hazırlanan çaylar da mövcuddur. Ənənəvi çay növlərindən imtina edib, bitki çayına üstünlük versəniz, sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra və təhlükəli xəstəliklərin inkişaf riskini azalda bilərsiniz.

Foodinfo.az xəbər verir ki, diyetoloq Marina Sorokina bitki çayının üstünlüklərindən danışıb.

O, bitki çayının ən məşhur növlərindən biri olan çobanyastığı çayını xüsusi vurğulayıb. Bu çayın zərif dadı, kəhrəbayı rəngi və bir çox faydalı xüsusiyyətləri var. Buna görə də diyetoloq  onu hər gün içməyi tövsiyə edib.

Bitki çayı niyə daha yaxşıdır?

Onun sözlərinə görə, bu içki adi qara çaydan qat-qat dadlıdır. Eyni zamanda, onun tərkibində ürəyə və damarlara zərərli olan kofein yoxdur.

Çobanyastığı çayı sağlamlığınıza necə təsir edir?

Mütəxəssis qeyd edib ki, bu içki çoxlu faydalı xüsusiyyətlərə malikdir, onlardan ən əsasları bunlardır:

1. Ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır.

2. Xəstəlikdən sonra sağalmanı sürətləndirir.

3. İltihabı azaltmağa kömək edir.

4. İmmun sistemini gücləndirir.

5. Tərkibindəki antioksidantlar sayəsində xərçəngin inkişaf riskini azaldır.

6. Sümükləri gücləndirir.

7. Yuxunu yaxşılaşdırır.

8. Qalxanvari vəzinin fəaliyyətini normallaşdırır.

Kimə bitki çayı içmək olmaz?

Diyetoloq qeyd edib ki, otlara qarşı allergiyaya meylli və ya kəskin mərhələdə mədə-bağırsaq xəstəlikləri olan insanlara çobanyastığı çayı içməmək məsləhətdir.