Dünya mətbəxinin əvəzolunmaz maddələri arasında yer alan balzam sirkəsi 12 illik zəhmətdən sonra istehlak edilə bilir. Hazırlanması kifayət qədər çətin olan bu sirkənin bütün orqanları təmizləyəcək faydaları var.

 Foodinfo.az-ın məlumatına görə, balzam sirkəsinin tərkibindəki antioksidant maddələr xolesterin xəstəliklərinə səbəb olan zərərli hüceyrələrin qarşısını alır. Tədqiqatlar belə nəticəyə gəlib ki, balzam sirkəsi istehlakı yüksək xolesterolu azaldır.

Gündəlik həyatınızda mütəmadi olaraq balzam sirkəsini istehlak etməyə başlasanız, ürək sağlamlığı və təzyiq pozğunluqları riskini azalda bilərsiniz. Müntəzəm və uzun müddət istifadə edildikdə hipertoniyasalıcı təsirə malik olduğu bildirilir. Yeməklərinizə balzam sirkəsi əlavə edərək daha dadlı və daha sağlam bir yemək əldə edə bilərsiniz.

Arıqlamada da əhəmiyyətli təsirləri olan balzam sirkəsi mədəni rahatladır və toxluq hissi yaradır. Bu dəstək sayəsində toxluq hissi daha uzun sürə bilər. Balzam sirkəsini salatlarınıza və qəlyanaltılarınıza əlavə edə bilərsiniz. Bu sayədə pəhriz prosesinə müsbət dəstək vermiş olarsınız.