Tərkibindəki yüksək C vitamini ilə ən faydalı tərəvəzlərdən biri olan yaşıl bibər həm yeməklərimizdə, həm salatlarımızda, həm də çiy halda istehlak edilə bilər.
Çox güclü antioksidant mənbəyi olan yaşıl bibər lif baxımından çox zəngindir. Belə olan halda mütəxəssislər yaşıl bibərin daha tez-tez istehlak edilməsinin vacibliyini vurğulayırlar. Xüsusilə səhər yeməyində çiy istehlak edilən yaşıl bibərin faydalı olduğu ifadə edilir.
Foodinfo.az yaşıl bibərin möcüzəvi faydalarını təqdim edir:
Dəri hüceyrələrini qidalandıraraq sürətli qocalmanın qarşısını alır.
Bədəndəki zərərli bakteriyaların tez xaric olmasına imkan verir.
Gündəlik C vitamini ehtiyacımızı ödəyir.
Kolon xərçənginə qarşı təsirli bir qidadır.
İmmunitet sistemini gücləndirici təsirə malikdir.
Qış aylarında xəstələnmə riskini azaldır.
Əzələ və sümük sağlamlığını gücləndirir.
Tərkibindəki A vitamini gözlər üçün çox faydalıdır.
Daha uzun müddət toxluq hissi yaradır.
Yaddaşı yaxşılaşdıran təsirə malikdir.