Əgər siz şirniyyat və ya şokoladla çay içməyə öyrəşmisinizsə, o zaman bilməlisiniz ki, bu növ qida çox da sağlam deyil. Ancaq kekslər hazırlasanız və xəmirə sevdiyiniz meyvələrin parçalarını əlavə etsəniz, bu həm sağlam olacaq, həm də şirniyyat istiyinizə cavab verəcək.
Foodinfo.az oxuculara dadlı keks resepti təqdim edir:
Tərkibi:
Buğda unu - 160 q
Şəkər - 100 q
Xama - 80 q
Toyuq yumurtası - 2 əd.
Armud - 2 əd.
Bitki yağı - 60 q
Qabartma tozu - 2 x.q.
Bişirmə üsulu:
Yumurta və şəkəri mikserlə və ya əllə ağ köpük yaranana qədər çalın. Bir qaba xama və yumşaq kərə yağı əlavə edin. Qarışığı yenidən qarışdırın.
Unu ələkdən keçirib əlavə edin. Hamarlanana qədər hər şeyi qarışdırın.
Seçdiyiniz bişirmə qablarını xəmirlə doldurun.
Sonra armudu incə dilimlərə kəsin və diqqətlə hər qabın içərisindəki xəmirə əlavə edin. Keksləri əvvəlcədən 180 dərəcə isidilmiş sobada 20-25 dəqiqə bişirin.
Süfrəyə verməzdən əvvəl üzərinə şəkər tozu səpmək və ya bal əlavə etmək olar.