Çuğundur damar elastikliyini yaxşılaşdırır və orqanizmin dözümlülüyünü artırır. Həddindən artıq qan təzyiqini aşağı salmaq və əzələlərdə oksigen istifadəsini artırmaq qabiliyyətinə malikdir.

Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, bu barədə Aif.ru portalına danışan nutrisioloq Anna Divinskaya açıqlama verib.

500 ml çuğundur suyu sistol təzyiqini 4–10 mm civə sütununa qədər bir neçə saat ərzində azalda bilər. Lakin mütəxəssis vurğulayır ki, çuğundur suyu yalnız az miqdarda istehlak edilməlidir. Ən yaxşı üsul isə kökü bütöv halda, məsələn, sobada bişmiş şəkildə yeməkdir.

Divinskaya bildirir ki, təsir yığılmalı xarakter daşıyır. Nitrətlərin qan plazmasında maksimal konsentrasiyası 2–3 saat sonra müşahidə olunur, lakin çuğunduru müntəzəm rasiona daxil etmək uzunmüddətli qoruyucu təsir yaradır.

Qeyd edək ki, çuğundur qəbulundan sonra sidiyin qırmızı rəng alması normaldır və 10–14% insanlarda bədən metabolizminin fərdi xüsusiyyətləri ilə bağlıdır.

Diqqət edilməli məqamlar: oksalat daşı olan şəxslər çuğunduru çox yeməməlidir, həmçinin aşağı qan təzyiqi olanlar həddindən artıq qəbul etməməlidir ki, hipotoniya yaranmasın.