Diabet xəstələri adətən xüsusi pəhriz saxlayırlar, çünki bəzi qidalar onlar üçün zərərlidir. Lakin rasiona təzə pomidor əlavə etmək bu xəstələr üçün faydalıdır.

Foodinfo.az xəbər verir ki, bu barədə endokrinoloq Elena Qubkina danışıb.

"Bu tərəvəz beyin fəaliyyətini stimullaşdırır və antioksidantlarla, xüsusən də insulinə həssaslığı yaxşılaşdıran likopenlə zəngindir", - deyə mütəxəssis izah edib.

Lakin həkim onu da əlavə edib ki, pomidor allergik reaksiyaya səbəb ola bilər, buna görə də orqanizmin fərdi xüsusiyyətlərini nəzərə almaq lazımdır.