Hər kəsə məlumdur ki, sağlam olmaq, eləcə də artıq çəkidən qurtulmaq üçün düzgün qidalanmaq lazımdır. Lakin sağlam qidalanma barədə yayılan bəzi anlayışlar həqiqətə uyğun deyil.
Foodinfo.az təkzib olunan miflərdən ikisini təqdim edir:
1. Kalorili qidaların qəbul edildiyi vaxt. Yüksək kalorili qidaları günün hansı saatlarında yediyinizin heç bir fərqi yoxdur. Əsas yeyilən qidanın ümumi miqdarıdır.
2. Kalorilərə nəzarət. Kalori sayına baxmaq əvəzinə, qidanın keyfiyyətinə və çeşidinə diqqət yetirmək daha vacibdir.
Qeyd edək ki, balanslı qidalanma üçün maraqlı "boşqab üsulu" var. Belə ki, boşqabınızın yarısı liflə (tərəvəz, meyvə), dörddə biri zülallarla, dörddə biri isə karbohidratlarla doldurulmalıdır.
Nəticə: Qidalanmada əsas məhsulların kalorililiyi və ya qəbul edildiyi vaxt deyil, keyfiyyəti və çeşididir.