Xalq təbabətində baldırğandan müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Ondan hazırlanan preparatlardan ödqovucu, soyuqdəymə, ağrıkəsici və sakitləşdirici vasitə kimi istifadə olunur. Bitkinin müalicə məqsədləri üçün yarpaq, kök və toxumları çox faydalıdır.
Foodinfo.az Sağlamolun.az-a istinadən bu faydaların bir neçəsini təqdim edir:
Sarılıq əleyhinə: Baldırğanın kök hissəsi qaraciyər və sarılıq xəstəliklərinin əleyhinə olduqca faydalıdır.
Baldı rğan çayı:Təzə toplanmış bitkidən hazırlanan çaydan qastrit, həzm sisteminin pozulması, qan təzyiqi, ürək-damar xəstəlikləri zamanı istifadə olunur.
Soyuqdəymə zamanı: Onun çiçəklərindən kəskin öskürək xəstəliklərində, soyuqdəymələrdə istifadə edilir.
Şişlərə qarşı: Baldırğanın gövdə hissəsindən alınmış şirə isə bəzi şişlərin müalicəsinə köməklik göstərir.
Qaşınma zamanı: Baldırğan yarpaqlarından əldə edilmiş narın toz dəri qaşınmalarının qarşısını alır.
İltihab əleyhinə: Baldırğanın əzilərək çıxarılan suyundan daxili xəstəliklərin iltihabında istifadə olunur.
Eyni zamanda baldırğan bitkisindən turşular və dadlı mürəbbələr hazırlamaq olur. Bununla bərabər qızardlaraq da yeyilə bilir.
Qeyd edək ki, baldırğan bitkisinə daha çox Naxçıvan Muxtar Respublikası ərazisində rast gəlinir.