Dünya alimləri 1000-dən çox qida məhsulları üzərində elmi araşdırmalar aparıblar. Nəticədə, içlərindən ən faydalı və sağlamlıq baxımından önəmli olan 20 qida məhsullarını seçiblər. Foodinfo.az yenicag.az-a istinadən həmin qida məhsullarını təqdim edir: 1. DƏRMAN ZƏNCİROTUNUN YARPAĞI - A və C vitaminləri, eləcə də kalsium baxımından zəngindir. 2. ÇİA TOXUMU - Bu kiçik qara toxumlar lif nisbətinin yüksək olması ilə bərabər protein, linoleik turşu və digər vitaminləri ehtiva edir. 3. BALQABAQ TUMU - Dəmir və manqanla olduqca zəngindir. 4. PAZI OTU - Tərəvəzlərə parlaq rənglərini verən maddələr baxımından zəngin olduğu üçün güclü antioksidanta malikdir. 5. ÇUĞUNDUR YARPAĞI - Şəkər çuğunduru bitkisinin yarpağı kalsium, dəmir K və B qrupu vitaminləri ilə zəngindir. 6. QURUDULMUŞ CƏFƏRİ- Ədviyyat olaraq istifadə edilən cəfəri bor, florid kalsium ilə zəngin olduğundan oynaq və diş sağlamlığı üçün önəmlidir. 7. QURUDULMUŞ KƏRƏVİZ - Qurudularaq yarpaq halına gətirilmiş kərəviz mineral və amin turşularının əsas mənbəyidir. 8. ADİ ACIQIJI - Su kənarlarında yetişən bu bitki mineral əksikliyində istifadə olunur. 9. MANDARİN - Karotinoid və A vitamini ilə olduqca zəngindir. 10. YAŞIL NOXUD - Bu bitkidə çoxlu miqdarda dəmir, fosfor, maqnezium, sink, mis və lif var. 11. YAŞIL SOĞAN - Fosfor, mis, maqneziumla zəngin olan yaşıl soğan K vitaminin əsas mənbəyidir. 12. QIRMIZI KƏLƏM - Dəniz kənarlarında yetişdiyi təxmin edilən bu bitki vitaminlərlə zəngindir. 13. ÇƏHRAYI QREYFRUT - Karotinoid və likopen piqmentlərinin yığılması səbəbi ilə dilimləri qırmızımtıl rəng alır. 14. BADAM - Tərkibində olan vitaminlər ürək, sinir və beyin fəaliyyəti üçün faydalıdır. 15. DONDURULMUŞ İSPANAQ - Maqnezium, A vitamini və karotinoidlər baxımından zəngin olan ispanağın donmuşu təzəsindən daha faydalıdır. 16. QIRMIZI BİBƏR - A, C, E vitaminləri ilə olduqca zəngindir. 17. REYHAN - Ürəyi qorumaqda ən faydalı bitki sayılan reyhan göbələk və bakteriyaya qarşı da istifadə edilir. 18. KƏLƏMİ KALE - Ortasında yumrusu olmayan bu kələm olduqca faydalı sayılır. 19. ACI BİBƏR - Karotin, riboflavin və bir çox vitaminlərlə zəngin antioksidantlardandır. 20. UZUN SAPLI BROKOLİ - Digər brokolilərdən fərqli olmasına baxmayaraq, çoxlu vitaminlər ehtiva edir.