Yaşıl çayın səhərlər acqarına içildikdə piyləri yandıraraq fit bədənə sahib olmanıza kömək etdiyi, həmçinin əsəblərə və stressə yaxşı təsir etdiyi sübut edilmişdir. Diqqəti dağınıq insanlarda fokuslanma problemini həll edən yaşıl çayın digər bilinməyən sirləri də üzə çıxıb. 

 Foodinfo.az xəbər verir ki, Yaponiyada aparılan araşdırmalar göstərir ki, L-theanine stress, əsəb, narahatlıq kimi problemlərə müsbət təsir göstərir. Qəhvə ilə istehlak edildikdə L-theanine amin turşusu ürək problemlərini və həddindən artıq qəhvə istehlakı səbəbindən meydana gələn bir çox digər yan təsirləri minimuma endirir. 

Yaşıl çayda da olduğu bilinən L-thehanine istehlak tövsiyələri arasında birinci yerdədir. 

Daimi istehlak edildikdə insanı bədən yağından təmizləyən yaşıl çay yağların oksidləşməsini artıraraq çəki nəzarətini təmin edə bilir. 

Bir araşdırmada piylənmə problemi olan insanların analiz nəticələri yaşıl çay istehlak edənlərin bədən yağında azalma olduğunu ortaya qoydu. Başqa sözlə, piylənmə problemlərinin qarşısını almaq üçün yaşıl çaydan yararlana bilərsiniz. 

Ağız qoxusundan əziyyət çəkən insanlar üçün yaşıl çay istehlakı fərqli bir alternativdir. Ağızdakı bakteriyaların dişlərdə qalmasının qarşısını alaraq diş çürüməsinə qarşı qalxan yaradır. 

Mütəxəssislər yaşıl çayın xərçəngə qarşı təsirini vurğulayırlar. Xərçəngdən qorumasının səbəbi çayların tərkibindəki güclü antioksidant polifenollardır. Bu polifenollara qara çayda da rast gəlinir. Ancaq yaşıl çayın tərkibindəki miqdar daha yüksəkdir. Mütəxəssislər xərçəng riskini azaltmaq üçün gündə 1-2 stəkan yaşıl çay içməyi məsləhət görürlər.

Fərqli bir elmi araşdırma yaşıl çayın xroniki xəstəliklərə qarşı qoruyucu təsir göstərdiyini ortaya qoydu. Yaşıl çay insulin müqavimətini azaldaraq insanlarda qan şəkərinin səviyyəsini tarazlayır. Bu xüsusiyyəti sayəsində şəkər xəstəliyinə tutulma riskini azaltdığı da bildirilir. 

Yaşıl çay müntəzəm istehlak edildikdə beyin funksiyalarını qorumağa kömək edir. Alzheimer və Parkinson kimi nevroloji problemlərdən qoruyur. 

Yaşıl çayın dəri sağlamlığı üçün də bir çox faydası var. Xüsusilə dəriyə qulluq baxımından bir çox insan yaşıl çayın müsbət təsirlərindən faydalanmaq üçün dəri maskaları edir. Tərkibindəki antioksidant və hüceyrə bərpaedici komponentlər dərini daha təravətli, parlaq və təmiz göstərir. Dəriyə qulluq üçün istifadə edilən yaşıl çay da müxtəlif kosmetik məhsulların tərkibinə daxildir. Xüsusilə yağlı dəri tipi olan insanlar yaşıl çay sayəsində dəridəki yağı tarazlaya bilərlər.