Düşbərə, gürzə, xingal, pelmeni kimi ağır sayılan ətli xəmir yeməklərinə tərəvəzlər əlavə etdikdə sağlam qidalanmış hesab olunacaqsınız.
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Natalya Kruqlova NEWS.ru-ya danışıb.
O bildirib ki, bunun üçün həmin yeməklə birlikdə tərəvəz bulyon, vegetarian şorbası bişirmək və ya yeməyi tərəvəz salatı ilə yemək olar. O zaman orqanizmə lazımi zülal, yağ və karbohidratlar daxil olacaq.
Mütəxəssis əlavə edib ki, boşqabda göyərti xəmir yeməyinin özündən az olmamalıdır, bu yolla artıq kalorilərin orqanizmə daxil olmasının qarşısını almaq mümkün olacaq.