Çin alimləri bağırsaq mikrobiomuna və bağırsaq ilə insan beyni arasındakı əlaqəyə müsbət təsir göstərən aralıq orucun faydalarını aşkar ediblər. Foodinfo.az xəbər verir ki, tədqiqatın nəticələri Frontiers in Cellular and Infection Microbiology (FCIM) jurnalında dərc olunub.

Tədqiqatçılar fasilələrlə pəhriz saxlayan 25 könüllüdə bağırsaq bakteriyalarındakı dəyişiklikləri, fizioloji parametrləri və beyin fəaliyyətini öyrənmək üçün nəcis nümunələrində, qan testlərində və funksional maqnit rezonans görüntüləmə məlumatlarında yığılmış DNT-ni təhlil ediblər. İştirakçılar əvvəlcə 32 gün ərzində ciddi bir ac qalma mərhələsindən keçib, daha sonra isə 30 gün ərzində aşağı nəzarətli oruc tutublar.

Araşdırmanın sonunda könüllülərin bədən çəkisi orta hesabla 7,6 kiloqram və ya 7,8 faiz azalıb. Onların bədən piyi və bel ətrafı azalıb. Bundan əlavə, qan təzyiqi, qlükoza, ümumi xolesterin və əsas qaraciyər fermentlərinin fəaliyyəti azalıb.

Leyla