Bağırsaq mikroflorası (mikrobiota) təkcə insanın immun sistemində deyil, həm də maddələr mübadiləsində və hətta beyin fəaliyyətində mühüm rol oynayır. Mikrobiotanın yaxşı işləməsi üçün faydalı məhsullar lazımdır.

Foodinfo.az xəbər verir ki, bu barədə endokrinoloq Zuxra Pavlova danışıb.

Onun sözlərinə görə, mikrobiota sağlam qidaları sevir. Qısa desək, bunlar fermentasiya məhsullarıdır.

Bura bütün tərəvəz turşuları (kələm, az duzlu xiyar, alma turşusu) daxildir. Həmçinin, bağırsaq mikroflorası fermentləşdirilmiş süd məhsullarını (qatıq, yoqurt), kvas və kombuça çayını "sevir". Bu içkilərdən gündə bir stəkan içsəniz, bağırsaqlar sizə "təşəkkür edər".

Bağırsaq mikroflorası üçün ən zərərli məhsullar isə şirniyyatlardır. Səbəb budur ki, şəkər tarazlığı pozur, nəticədə mikrobiomun çox da faydalı olmayan nümayəndələri yetişir, məsələn, faydalı floranın böyüməsinə maneə törədən göbələklər. 

Pavlova, həmçinin, "fast food" və müxtəlif qəlyanaltılardan imtina etməyi də məsləhət görür.

Leyla