Göz sağlamlığı üçün faydalı olan məhsullar açıqlanıb. 
Foodinfo.az bildirir ki, bu barədə Life.ru məlumat yayıb.
Yaxşı görmə qabiliyyətini qorumaq üçün gündəlik olaraq vitaminlər, karotenoidlər və müxtəlif mikroelementlərlə zəngin qidalardan istifadə etmək lazımdır.
Beləliklə, pəhrizi yaşıl yarpaqlı tərəvəzlər, yumurta, ət, paxlalılar, zeytun, balıq və qoz-fındıq ilə diversifikasiya etməlisiniz.
Qeyd edək ki, sürətli karbohidratlar, təmizlənmiş yağlar və lif çatışmazlığı görmə pozğunluğuna səbəb olur.

Fərid