Mütəxəssislər artıq ümumi qidalanma tövsiyələrindən fərdi yanaşmaya keçirlər. Foodinfo.az Aif.ru saytına istinadla xəbər verir ki, bu yanaşmalardan biri də “hesablama pəhrizi” adlanan yeni modeldir.
Bu pəhrizin əsasını bağırsaq mikrobiotasının analizi təşkil edir. Bağırsaqdakı bakteriyaların tərkibi yalnız həzm prosesinə deyil, eyni zamanda maddələr mübadiləsinə, ürək-damar və sinir sisteminin fəaliyyətinə, dərinin vəziyyətinə və immunitetə təsir göstərir.
Hesablama pəhrizi analiz nəticələrinə əsasən fərdi qida siyahısı təqdim edir. Burada rasiona əlavə edilməli məhsullar, həmçinin müəyyən müddət məhdudlaşdırılması tövsiyə olunan qidalar göstərilir. Məqsəd konkret nəticəyə nail olmaqdır – məsələn, iltihabı azaltmaq, çəkiyə nəzarət etmək və ya maddələr mübadiləsini normallaşdırmaq.
Bu yanaşma “sənaye pəhrizi” adlandırılan müasir qidalanma modelinə alternativ hesab olunur. Həmin model əsasən ultra-emal olunmuş məhsulların üstünlük təşkil etdiyi qidalanma tərzini ifadə edir.






