Omeqa-3 yağ turşuları ürək sağlamlığından beyin funksiyalarına qədər bir çox fayda təmin edən vacib komponentlərdir. Balıq omeqa-3 yağ turşuları ilə zəngin qidadır və sağlamlığımız üçün vacibdir. Ancaq balıq yeyə bilməyən və omeqa-3 ehtiyacını ödəmək istəyənlər üçün bu qida əsl möcüzədir. Omeqa-3 baxımından balıqları 7 min dəfə üstələyən bu qida xərçənglə mübarizə aparır. Bundan əlavə, bu xüsusi qida maddəsi iltihab əleyhinə xüsusiyyətləri sayəsində bədəndəki iltihabı azaltmağa kömək edir. 

 Foodinfo.az-ın məlumatına görə, kətan toxumu xüsusilə Misir və Asiya ölkələrində uzun illər istifadə edilən bir qidadır. Omeqa-3 yağ turşuları ilə zəngin olan kətan toxumunun tərkibində omeqa-6 və omeqa-9 yağ turşuları da var. Kətan toxumu yağında balıqdan 7 min dəfə çox omeqa-3 yağ turşusu var. Bu, xüsusilə balıq istehlak edə bilməyən və ya dəniz məhsullarına allergiyası olanlar üçün böyük bir üstünlükdür. Xərçəng üçün mükəmməldir. Kətan toxumu liqnan adlı birləşmə ilə zəngindir və tərkibindəki liqnan sayəsində xərçəngə qarşı əla vasitədir. Xüsusilə döş, kolon və prostat xərçənglərində şiş inkişafının qarşısını alır.